Baş Prokurorluq məlumat verir ki, Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində 14 yaşlı oğlan həlak olub.
“İşğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 4 oktyabr tarixində Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü Fərid İsgəndərov həlak olub. Həmçinin, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində Azərbaycanın 24 dinc sakini həlak olub, daha 111 nəfər yaralanıb. **
B.Rüstəmbəyov