Azərbaycanda koronavirus infeksiyasına daha 130 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 40 min 691-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 596 nəfərə çatıb.
Virusa yoluxmuş 38 min 496 nəfər (sutka ərzində +142) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 599 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4,794 min, hazırkı dövrədək isə 1 milyon 137 min 121 test aparılıb.**
B.Rüstəmbəyov