Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən sentyabrın 27-dən oktyabrın 4-dək cəbhə zonasında, eləcə də aktiv döyüş əməliyyatları zonasından kənarda 70-ə yaxın raket mərmisi aşkarlanıb. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
“Agentlik tərəfindən 27 sentyabr 4 oktyabr 2020-ci il tarixlərində Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə baxış keçirilib, 66 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, bir ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 69 ədəd partlamış raket hissələri aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket yerində işarələnib və növbəti iş günü ətrafinda əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.
Axtarış və təxirəsalınmaz əməliyyatlar Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirilir.*
X.Nəsirzadə