“AzerGold" QSC Daşkəsən dəmir filizi yatağı üzrə ilkin ekoloji monitorinqin keçirilməsinə təxminən 194 min manat yönəldəcək.
““AzerGold” sözügedən işlərin yerinə yetirilməsinə müsabiqə əsasında “Azecolab” MMC-ni cəlb edib. Şirkətlə 193,52 min manat dəyərində müqavilə bağlanıb”, - deyə cəmiyyətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova