Ermənistan tərəfi Qarabağ münaqişəsi zonasında Azərbaycanla döyüşlərdə daha 21 hərbçisinin öldürülməsi barədə məlumat verib.
Bununla da Ermənistan hərbi əməliyyatların başladığı sentyabrın 27-dən bu günə kimi 223 hərbçisinin öldürüldüyünü etiraf edib.*