NATO Ermənistanı öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırmalıdır. Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, Ankarada NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirdiyi mətbuat konfransında xatırladıb ki, NATO Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi çağırışlarını dəstəkləyir.
"Belə olan halda niyə Ermənistana da Azərbaycan torpaqlarından çıxmaq çağırışı edilməsin?"- deyə türkiyəli nazir sual verib. Onun sözlərinə görə,"NATO da daxil olmaqla hamı bunu etməlidir".
Öz növbəsində, Stoltenberq təkrar edib ki, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlara başlamağa çağırır.
"Problemin hərbi yolla həlli yoxdur ", - deyə NATO-nun baş katibi vurğulayıb.*