NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Türkiyə regionda böyük nüfuza malik olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər.
"Mən tərəflər arasında gərginliyi azaltmaq üçün Türkiyənin regionda malik olduğu nüfuzundan istifadə etməsini gözləyirəm", - deyə Stoltenberq Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəklədiyini gizlətmir və bu mövqe ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə üçün yolverilməzdir.
"Fransa Ermənistanı açıq şəkildə dəstəkləyir. Halbuki Minsk qrupuna daxil olan ölkə qərəzsiz olmalıdır", - deyə o vurğulayıb.
Stoltenberq ATƏT-in Minsk qrupunu yenidən tənqid edib.
Çavuşoğlu isə Minsk qrupunun 30 il ərzində heç bir konstruktiv təklif təqdim etmədiyini diqqətə çatdırıb.*