ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Rusiya, Fransa və ABŞ) xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat hazırlayırlar. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“Hazırda biz üç ölkənin xarici işlər nazirlərinin bəyanatını hazırlayırıq. Ancaq təbii ki, yalnız bəyanatlar haqqında deyil, qan tökülməsini dayandırmaq və vəziyyəti danışıqlar məcrasına qaytarmaq üçün atılması lazım olan konkret addımlar barədə də düşünməliyik", - deyə o, Avropa Biznes Assosiasiyasının üzvləri ilə görüşdə bildirib.
Lavrov Rusiyanın Ermənistan və Azərbaycan tərəfləri ilə, eləcə də münaqişə edən ölkələrin qonşuları kimi Türkiyə və İranla daim təmasda olduğunu diqqətə çatdırıb.*