Azərbaycanda koronavirus infeksiyasına daha 97 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 40 min 788-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 598 nəfərə çatıb.
Virusa yoluxmuş 38 min 587 nəfər (sutka ərzində +91) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 603 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3,073 min, hazırkı dövrədək isə 1 milyon 140 min 194 test aparılıb.*
B.Rüstəmbəyov