Prezident İlham Əliyev Türkiyə ilə hərbi sahədə fəal əməkdaşlığın olduğunu qeyd edib.
“Biz çox xoşbəxt ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq”, – deyə dövlət başçısı «TRT Haber» televiziya kanalına müsahibəsində bildirib.*
Ə.Məmmədov