Qarabağ münaqişəsi zonasında təmas xəttinin bəzi hissələrində ağır vəziyyət yaranıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Bəzi yerlərdə (...) vəziyyətə nəzarət edirik, bəzi yerlərdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm", - deyə Paşinyan Facebook səhifəsində canlı efir zamanı bildirib.
O, bir il əvvəl tərxis edilmiş hərbçiləri yenidən ordu sıralarına qatılmağa çağırıb. "Qanunvericiliyimiz onları hətta müharibə dövründə də səfərbər etməyə icazə vermir, amma mən sizi səfərbər olmağa çağırıram", - deyə o bildirib.*