Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Daha əvvəl verilən məlumata görə, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 3 nəfər dinc sakin yaralanıb.
Ötən gün isə düşmənin Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində 1 nəfər dinc sakin həlak olub, milliyyətcə erməni olan 1 qadın da daxil olmaqla 32 nəfər yaralanıb.*
B.Rüstəmbəyov