Azərbaycan Ordusu Cəbrayıl rayonunun 3 kəndini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Bu barədə prezident İlham Əliyev “Twitter” səhifəsində məlumat verib.
"Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib", - deyə dövlət başçısı yazıb.
"Qəhrəman Ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır”, – deyə İ.Əliyev vurğulayıb.*
N.Abbasova