Kanadanın xarici işlər naziri Fransua-Filip Şampan Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Avropaya yola düşəcək. Bu barədə Kanadanın baş naziri Castin Tryudo bildirib.
"Mən xarici işlər naziri Şampandan xüsusilə Ermənistan ilə Azərbaycan arasında münaqişəni müttəfiqlərimizlə müzakirə etmək üçün Avropaya getməyi xahiş etdim", - deyə Kanada KİV-i Tryudoya istinadən xəbər verir.*