ABŞ dövlət katibinin müavini Stiven Biqan Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovla Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı ayrı-ayrılıqda telefon danışıqları aparıb və hər iki ölkəni hərbi əməliyyatları dayandırmağa çağırıb. Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
"Biqan tərəfləri atəşin dərhal dayandırılmasına razılaşmağa və münaqişənin etibarlı həll yolunu tapmaq üçün ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqları bərpa etməyə çağırıb", - deyə məlumatda qeyd olunur.
Biqan hər iki nazirə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirib.*