Kanada Dağlıq Qarabağda hərbi münaqişədə Kanada texnologiyalarının istifadəsinə dair meydana gələn məlumatlara görə Türkiyəyə ixraca icazələrin müddətini dayandırır. Bunu Kanada XİN-in başçısı Fransua-Filipp Şampan deyib.
Qeyd olunur ki, əvvəlki kimi, Kanada Dağlıq Qarabağda “yaşayış məntəqlərinin atəşə tutulması və mülki əhali arasında qurbanlara gətirən” davam edən münaqişədən narahatdır.
“Biz yerlərdə vəziyyətin stabilləşməsi üçün dərhal tədbirlər görməyə çağırırıq və bir daha bəyan edirik ki, danışıqlardan başqa bu münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur””, - Şampan bildirib.