Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
“Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 376 yaşayış evi və 63 mülki obyekt yararsız hala düşüb.
Hazırda Baş Prokurorluq tərəfindən döyüş şəraitində bütün mümkün istintaq tədbirləri həyata keçirilir.**
B.Rüstəmbəyov