"Azərxalça” ASC Goranboy rayonu Goranboy rayonunda xalça emalatxanasının tikintisinə 2,3 milyon manata yaxın vəsait yönəldəcək.
www.etender.gov.az saytının məlumatına görə, “Uğur Tikinti” MMC ilə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində xalça emalatxanasının tikintisi, avadanlıqlarla, dəzgahlarla təchizatı və infrastrukturun yaradılmasını nəzərdə tutan müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 2 milyon 272,186 min manatdır.
“Azərxalça” ASC Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb.**
B.Rüstəmbəyov