ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dəqiq və konkret plana malik deyil. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Nazir vəzifəsində təyin olunandan sonra ATƏT-in Minsk qrupunun həmsədrıəri ilə dəfələrlə görüşdüm. Bu ilin əvvəlində onlarla görüşərək Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planın olub-olmaması ilə bağlı maraqlandım. Onlar bəyan ediblər ki, konkret plan yoxdur”, - Çavuşoğlu çərşənbə axşamı Bakıda Azərbaycan XİN başçısı ilə birgə mətbuat konfransında bildirib. **
N.Abbasova