Azərbaycanda koronavirus infeksiyasına daha 143 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 40 min 931-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 600 nəfərə çatıb.
Virusa yoluxmuş 38 min 713 nəfər (sutka ərzində +126) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 618 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,203 min, hazırkı dövrədək isə 1 milyon 145 min 397 test aparılıb.**
X.Nəsirzadə