Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ola iləcək ölkələrdən biridir. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya bu münaqişənin həllində vasitəçi ola biləcək ölkələrdən biridir”, - o, jurnalistlərin sualına cavabında bildirib.
“İndi olduğundan daha fəal addımları təsəvvür etmək çətindir”, - Kremlin nümayəndəsi qeyd edib.
O bildirib ki, hazırda Rusiya diqqətini döyüşən tərəflərə atəşi dayandırmaq və siyasi-diplomatik həll prosesinə başlamağa kömək etməyə yönəldib. **