Azərbaycan Ordusu bir ay müddətinə Qarabağın bir hissəsini tuta bilər, əgər beynəlxalq birlik münaqişəni dayandırmağa müvəffəq olmasa. RF Hava-Dəniz Qüvvələrinin keçmiş komandanı Georgi Şpak belə hesab edir.
“Bu münaqişəni diqqətlə izləyirəm və tərəflərin gücünü dəyərləndirirəm. Azərbaycan daha güclüdür. Azərbaycanın Türkiyə tərəfindən köməyini nəzərə alsaq, ermənilərə çox yazığım gəlir”, - Şpak “İnterfaks”a bildirib.
“Azərbaycan bütün Qarabağı tuta bilməyəcək, ancaq iddia etdiyi hissəni, heç bir şübhə yoxdur ki, geri qaytaracaq. Bir ay ərzində Azərbaycan öz planını icra edə biləcək, əgər beynəlxalq birlik onu dayandırmasa”, - Şpak məlumat verib.
“Gəlin Azərbaycan Ordusunun imkanlarını, Türkiyə tərəfindən ona göstərilən köməyi nəzərə alaq. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi hücum gözləmirdi, bu, anidən baş verd. Bütün bu faktlar ümumlikdə güman etməyə əsas verir ki, qələbə Azərbaycanın olacaq”,- Şpak qeyd edib.
“Beynəlxalq birlik hərbi əməliyyatların dayandırılması üçün dərhal tədbirlər görməlidir, əks halda faciə baş verəcək”, - o bəyan edib. **