Ermənistan silahlı qüvvələrinin Azərbaytcanın Tərtər rayonunda yaşayış məntəqələrini atəşə tutması nəticəsindəbir nəfər həlak olub və iki nəfər yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat verir.
Ermənistan silahlı qüvvələri 6 oktyabr tarixində Tərtər rayonunu müxtəlif istiqamətlərdə intensiv atəşə tutub. Nəticədə rayonun bir mülki şəxs həlak olub, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib”, -Baş Prokuroluq qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir», - məlumatda deyilir. **
B.Rüstəmbəyov