Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“300-dən artıq qəlpə boru kəməri boyu ətrafa səpələnib. Boru kəmərinə ziyan dəyməyib. Hazırda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları müvafiq işlər aparırlar. Enerji infrastrukturuna hücum etmək üçün Ermənistanın ümidsiz cəhdləri”, - Hacıyev Twitter hesabında yazıb. **
B.Rüstəmbəyov