Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlərin davam etməsi barədə məlumat yayıb.
“Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var”, - deyə məlumatda bildirilir.
Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən, düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Düşmənin bəzi istiqamətlərdəki müdafiə sahəsində onun bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var.*
X.Nəsirzadə