Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl istiqamətində Ordumuzun tam üstünlüyə malik olması barədə məlumat yayıb.
"Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində Ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov