Dünya Bankı (DB) koronavirus (COVID-19) pandemiyası və neftin ucuzlaşması fonunda 2020-ci ildə Azərbaycan üzrə ÜDM-nin 4,2% azalacağını proqnozlaşdırır.
Bu məlumatlar Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə "COVID-19 və insan kapitalı" icmalında öz əksini tapıb.
DB 2020-ci ilin iyun ayında Azərbaycan üzrə ÜDM-nin 2,6% azalacağını proqnozlaşdırmışdı.
Bankın yeni qiymətləndirmələrinə görə, Azərbaycanda iqtisadi artım 2021-ci ildə 1,9%, 2022-ci ildə isə 2,8% təşkil edəcək.
İqtisadiyyat Nazirliyi dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2020-ci ilin yekunları üzrə ÜDM-nin 2,9%-4,3% səviyyəsində azalacağını proqnozlaşdırır. 2021-ci ildə ÜDM-nin 3,4% artacağı proqnozlaşdırılır.
2019-cu ildə Azərbaycanda ÜDM üzrə artım 2,2% təşkil edib.*
Ə.Məmmədov