Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlətimizin başçısı Rusiya prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb”, - deyə məlumatda bildirilir.
Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.
“Əliyev və Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov