Rusiya ümid edir ki, Qarabağ münaqişəsi ən yaxın zamanda dayandırılacaq. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, - hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, - hər halda biz atəşkəsə çağırırıq, bunu bir daha demək istəyirəm, çağırırıq”, - deyə o, “Rossiya-1” telekanalında efirə gedən "Moskva. Kreml. Putin" proqramında verdiyi müsahibədə bildirib.
“Özü də bunu mümkün qədər tezliklə etmək lazımdır”, - deyə Putin vurğulayıb.*