Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öhdəlikləri tanınmamış Dağlıq Qarabağa şamil edilmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"KTMT üzrə öhdəliklər Qarabağa aid deyil", - deyə Peskov bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, Rusiya KTMT-nin üzvü kimi Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi baxımından öhdəlik daşıyır.
"KTMT-nin üzvü olan ölkə kənardan hansısa bir hücuma, təcavüzə məruz qalarsa, müqavilə tərəflərinin həmin dövləti müdafiə etmək öhdəlikləri var", – deyə Peskov bildirib.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin Ermənistan ərazisinə keçməsi barədə məlumatları da təkzib edib.*