Yunanıstan Xarici İşlər Nazirliyi ölkənin Bakıdakı səfiri Nikolaos Piperiqosun məsləhətləşmələr üçün geri çağırılmasına dair qərar qəbul edib.
"Yunanıstan dövlətinin Dağlıq Qarabağ münaqişəsi kontekstində terror aktlarının hazırlanmasına yol verməsinin ehtimal edilməsi, Yunanıstan ərazisindən terrorçu döyüşçülərin cəlb edilməsi və kiberhücum cəhdləri ilə bağlı Azərbaycan hökumətinin verdiyi bəyanatlardan sonra nazir Nikos Dendias Azərbaycandakı səfir Piperiqosun məsləhətləşmələr üçün geri çağırılmasına qərar verib", - deyə məlumatda bildirilir.
Bundan əlavə, Azərbaycanın Yunanıstandakı səfiri (Anar Hüseynov - İF) də Xarici İşlər Nazirliyinə çağırılıb və qeyd olunanlarla bağlı ona etiraz bildirilib.*
Ə.Məmmədov