Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiya prezidenti Vladimir Putinlə növbəti dəfə telefon danışığı aparıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir.
"Tərəflər, həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıblar", - deyə məlumatda bildirilir.
Paşinyan, həmçinin Putini ad günü münasibətilə də təbrik edib.*