Ermənistan Dağlıq Qarabağın tanınması məsələsini nəzərdən keçirir, vəziyyətin təhlilinin yekunları üzrə bu və ya digər qərar veriləcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Təhlilimiz bunun Qarabağa və məsələnin həllinə kömək edəcəyinə gətirib çıxararsa, belə bir addım atacağıq. Biz indi müzakirə mərhələsindəyik", - deyə Paşinyan "Pervıy Kanal"a müsahibəsində “Ermənistanın Qarabağı tanıması ona kömək edəcəkmi” sualına cavabında bildirib.
Paşinyan əlavə edib ki, Yerevan bu məsələni nəzərdən keçirərkən beynəlxalq aspekti də nəzərə alır. "Əlbəttə, beynəlxalq birliyin maksimum konstruktiv üzvü olmağımızın vacibliyini də nəzərə alırıq”, - deyə o vurğulayıb.*