Azərbaycan Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədar kompromislərə hazırdırsa, Ermənistan da buna hazırdır, bu, vəziyyəti dəyişəcək. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Hər hansı bir münaqişədə, əgər həqiqətən də bu münaqişəni həll etmək istəyiriksə, güzəştlər lazımdır. Düşünürəm ki, Ermənistan tərəfi həmişə güzəştlərə hazır olub. Əgər Azərbaycan da güzəştlərə hazırdırsa, bu, vəziyyəti dəyişdirəcək", – deyə o, “Pervıy Kanal”a müsahibəsində bildirib.*