BP şirkəti Ermənistan silahlı qüvvələri tərəfindən hücum təhlükəsi ilə əlaqədar Azərbaycandakı layihələr üzrə işçilərin və obyektlərin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində iş aparır. Bu barədə “BP-Azerbaijan” şirkətinin məlumatında deyilir.
"BP Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatdır. Xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq", - deyə məlumatda bildirilir.
Şirkət qeyd edir ki, BP-nin Azərbaycanda əməliyyatçısı olduğu bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir.
“Bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova