Dağlıq Qarabağda vəziyyətlə bağlı danışıqlar oktyabrın 8-də Cenevrədə, oktyabrın 12-də Moskvada aparılacaq. Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö-Drian Fransa Milli Məclisində çıxışı zamanı məlumat verib.
O, bu görüşlərdə kimlərin iştirak edəcəyini açıqlamayıb.
Nazir münaqişə tərəflərinin heç bir şərt irəli sürmədən atəşi dərhal dayandırmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, “hər iki tərəfin normal həyata qayıtmasına” imkan verəcək həll yolu tapmaq lazımdır.*