Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə Dağlıq Qarabağda mövcud vəziyyəti müzakirə edib. Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 7-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistanın müdafiə naziri David Tonoyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənovla telefon danışıqları aparıb”, - deyə məlumatda bildirilir.
"Danışıqlar zamanı Dağlıq Qarabağda mövcud vəziyyət müzakirə olunub”, – deyə məlumatda qeyd olunur.*