Türkiyə Azərbaycan üçün güclü müttəfiqdir, lakin heç bir digər şəkildə Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmayıb. Bunu prezident İlham Əliyev deyib.
“Bu, tamamilə yanlış informasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb”, - deyə dövlət başçısı “Euronews” televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan Türkiyədən silah alır. “Lakin bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb”, - deyə prezident əlavə edib.*
A.Əzizov