Cümə axşamı səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini yenidən atəşə tutmaqda davam edib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.Ölən və yaralananlar var”, - məlumatda deyilir.
Məlumatda bildirilir ki, ordumuz adekvat tədbirlər görür. **
X.Nəsirzadə