Yaşayış rayonu üzərində hərəkət edən Ermənistanın kamikadze dronu Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən məhv edilib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistanın kamikadze dronu Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib. Dron yaşayış rayonu üzərində hərəkət edib. Çox sayda mülki şəxsin həyatı xilas edilib”, - Hacıyev bu gün Twitter hesabında yazıb. kı paylaşımında bildirib.
Hacıyev vurğulayıb ki, Ermənistanın dövlət səviyyəsində terroru davam edir və “sülhə vadar etmə missiyası Ermənistanı dayandırmaq üçün davam etməlidir”. **
Ə.Məmmədov