Fact Check Karabakh Qrupu iddia edir ki, The New York Times nəşrinin jurnalisti Kristian Tribertin Azərbaycanın Gəncə şəhərindəki hava limanında Türkiyəyə məxsus 2 ədəd F-16 qırıcı təyyarəsinin olması barədə məlumat feykdir.
“İddia edilir ki, hazırda heç olmasa iki ədəd F-16 təyyarəsi Gəncə beynəlxalq hava limanındadır. Lakin, hər iki M-346 təyyarəsi 2020-ci ilin əvvəlində İtaliyadan alınıb”, - Qrup Facebook sosial şəbəkəsindəki səhifəsində yazır.
Öncə Kriastian Tribert Twitter hesabında yazıb ki, oktyabrın 3-də Planet Labs .irkətinin peykinin şəkilində Azərbaycanın Gəncə şəhərinin hava limanında Azərbaycan HHQ-yə daxil olmayan 2 ədəd F-16 qırıcı təyyarə qeydə alınıb. “Yəgin ki, qırıcılar Türkiyə HHQ tərəfindən idarə olunur, onların yanında, çox guman ki, CN-235 nəqliyyat təyyarəsidir”, - o, dərc olunan şəklin altında yazıb.
Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ölkənin HHQ-nin arsenalında Türkiyəyə məxsus F-16 təyyarəsi yoxdur. **
A.Əzizov