Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində Azərbaycanın 31 dinc sakini həlak olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilir.
“Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb. Həmçinin, 133 mülki obyekt və 928 yaşayış evi yarasız hala düşüb”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. **
X.Nəsirzadə