Azərbaycanın Yunanıstandakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb. Bu barədə Azərbaycn Xarici İşlər Nazirliyi (XİN) məlumat verir.
“"Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib”, - XİN-in bəyanatında qeyd olunur.
Vurğulanır ki, bunun ardınca, Yunanıstan tərəfi öz səfirini məsləhətləşmələr üçün geri çağırıb.
“Bununla əlaqədar, Azərbaycan Yunanıstandakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırıb", - XİN-in məlumatında bildirilib. **
B.Rüstəmbəyov