Azərbaycanda koronavirus infeksiyasına daha 191 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 41 min 113-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 603 nəfərə çatıb.
Virusa yoluxmuş 39 min 12 nəfər (sutka ərzində +154) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 689 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,280 min, hazırkı dövrədək isə 1 milyon 156 min 938 test aparılıb.**
B.Rüstəmbəyov