KTMT Dağlıq Qarabağ münaqişəsində Ermənistanın ərazi bütövlüyünə real təhlükə yaranacağı halda və ya birbaşa hücum baş verərsə, bu ölkəyə hərbi kömək göstərəcək. Bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
Zas vurğulayıb ki, bu cür zərurət yaranacağı halda KTMT-nin nizamnaməsində üzv ölkələr üçün adekvat tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“KTMT-nin üzvü olan istənilən dövlətin köməyə ümid etmək hüququ var”, - Zas bildirib. **