Rusiya Ermənistan və Azərbaycanla iki ölkənin XİN başçılarının Moskvada görüşünün təşkilinə dair danışıqlar aparır. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün təşkili üçün Moskva meydançasını təklif etmişik”. Bu formatda danışıqların başlanmasının mümkün tarixinə dair tərəflərlə məsləhətləşmələr aparırıq”, - Zaxarova bu gün brifinqdə bildirib.
O vurğulayıb ki, Rusiya Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dərhal dayandırılması və mövcud baza prinsipləri və beynəlxalq hüquqi sənədlər əsasında danışıqlar prosesinin bərpasına yönələn fəal vasitəçilik səylərini davam etdirir. **