Azərbaycan Ordusu Qarabağda uğurlu əks-hücum əməliyyatını davam etdirir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bəyan edib.
“Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Bütün cəbhə boyu düşmənə zərbələr endirilir, düşmən canlı qüvvədə böyük itkilər verir”, - Eyvazov bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, döyüşlər zamanı Azərbaycan Ordusu tərəfindən düşmənin böyük hərbi kolonu darmadağın edilib.
“Bəyan etmək istərdim ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı azad etdiyi bütün ərazilərə nəzarət edir. Azərbaycan Ordusu hərbi əməliyyat planını icra edir”, - o əlavə edib. **
A.Əzizov