RF-nin baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədovla telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyətin tezliklə stabilləşməsi və atəşin dayandırılmasının əhəmiyyətini qeyd edib.
“Mixail Mişustin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin tezliklə stabilləşməsi, hərbi əməliyyatların dayandırılması və vəziyyətin siyasi-diplomatik nizamlanması üzrə danışıqlar prosesinin bərpasının vacibliyini qeyd edib”, - Rusiya hökumətinin mətbuat xidməti məlumat verir.
Qeyd olunub ki, “tərəflər Cənubi Qafqaz regionunda sülh və ”təhlükəsizliyin təminatının zəruriliyini vurğulayıblar”. **