Avstriyanın kansleriSebastyan Kurtskəskin gərginləşən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Ermənistan-Azərbaycan danışıqlarının keçirilməsi üçün məkan qismində öz ölkəsini təklif edir.
“Ermənistanın baş naziri Nikol Paşinyan ilə bu gün telefon danışığı zamanı sülh yolu ilə həllə ümidvar olduğunmu ifadə etdim və iki tərəf arasında danışıqların növbəti raundunu ölkəmizdə keçirməyi təklif etdim”, - Kurts bu gün Twitter hesabında yazıb.
O, Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən gərginlikdən ciddi narahatlıq ifadə edib.
“Bu münaqişənin hərb həll yolu yoxdur. Avsrtiya hərbi əməliyyatların dayandırılmasına çağırır və ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında danışıqları dəstəkləyi”, - Avstriyanın kansleri bəyan edib. **