"LUKOIL–Azerbaijan" QSC Azərbaycanda obyektlərə kompleks xidmətlərin (texniki xidmət, cari təmir, təmir-bərpa işləri) göstərilməsi ilə bağlı tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
İşlərin başlanma və başa çatma tarixi 1 dekabr-2020 - 30 noyabr 2023-cü ildir.
Tender iki mərhələdə keçiriləcək.
Tender təklifləri 6 noyabr 2020-ci il saat 18:00-dək qəbul olunur.
Tender proseduru 9 noyabr saat 11:00-da baş tutacaq.
Telefon: (012) 497-41-10, əlaqələndirici şəxs Lalə Mikayılova.
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur.*
N.Abbasova